Pekində gözlənilməz final: Rəqibi zədələndi, Cokoviç 102-ci kubokunu qaldırdı!

Pekində gözlənilməz final: Rəqibi zədələndi, Cokoviç 102-ci kubokunu qaldırdı!
06.10.2026 17:16 İdman

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, serbiyalı tennisçi Novak Cokoviç Çinin Pekin şəhərində təşkil olunan “ATP-500” turnirini qazanıb.

TodayPress TV xəbər verir ki, həlledici final qarşılaşmasında onun avstraliyalı rəqibi Aleks de Minor bud nahiyəsindən aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib.

Matç 7:6 (7:3), 0:1 hesabı ilə Cokoviçin üstünlüyü fonunda dayandırılıb. 1 saat 23 dəqiqə davam edən görüşdə Cokoviç eys etməyib, ikili xətaya yol verməyib və qazandığı iki breyk-poyntun heç birini reallaşdıra bilməyib. De Minorun aktivində isə 4 eys, 2 ikili xəta olub, o da qazandığı tək breyk-poyntdan yararlana bilməyib.

Qeyd edək ki, bu zəfər 39 yaşlı Cokoviç üçün cari mövsümdə ilk, karyerasında isə 102-ci titul olub. Təcrübəli serbiyalı tennisçi Pekindəki turnirdə 7-ci dəfə kuboku başı üzərinə qaldırıb.

Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər