İsrail Amerikasız son savaşa girir

İsrail Amerikasız son savaşa girir
06.10.2026 15:27 Dünya

İsrail ordusunun İrana qarşı yeni zərbə ssenariləri üzərində işlədiyi bildirilir. 

TodayPress TV xəbər verir ki, “Israel Hayom”un məlumatına görə, İsrail ABŞ ilə hərbi və kəşfiyyat sahəsində sıx koordinasiyanı davam etdirsə də, Vaşinqtonun iştirakı olmadan hərəkət etmək variantını da nəzərdən keçirir.

Xüsusilə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və harada saxlanıldığı İsrail üçün əsas narahatlıq olaraq qalır. İsrail hərbçilərinin həm mümkün hücum ssenarilərini, həm də İranın ilk addımı atacağı variantları qiymətləndirdiyi qeyd olunur.

Bununla yanaşı, İsrail Livanda “Hizbullah”la yeni qarşıdurmaya və gələcəkdə Qəzza zolağında HƏMAS-la yenidən genişmiqyaslı döyüşlərə hazırlaşır.

Bütün bunlar İsrailin mövcud münaqişənin başa çatacağı ehtimalından çox, növbəti mərhələlərə, o cümlədən İrana qarşı yeni hərbi əməliyyat ehtimalına hazırlaşdığını göstərir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər