Atasını azad etmək üçün prezidentliyə namizəd oldu - Braziliyada seçki xaosu

Atasını azad etmək üçün prezidentliyə namizəd oldu - Braziliyada seçki xaosu
06.10.2026 11:22 Dünya

Braziliyada prezident seçkiləri ərəfəsində keçmiş prezident Jair Bolsonaronun  azadlığa buraxılması yenidən gündəmə gəlib. 

TodayPress TV xəbər verir ki,  Jair Bolsonaro tərəfdarlarının siyasi təqib adlandırdığı çevriliş işi üzrə 27 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu Flavio Bolsonaro isə prezidentliyə namizədliyi çərçivəsində atasının ev dustaqlığından azad edilməsinə çalışacağını bildirib.

Flavio Bolsonaro Konqresin həm Jair Bolsonaro, həm də 2023-cü ilin yanvarında baş verən etirazlarda iştirak edən şəxslər üçün əfv qərarı qəbul edəcəyinə söz verib. Yeni seçilmiş senator Bia Kicis də həftəsonu Bolsonaronu azad edəcəklərini açıqlayıb.

Məlumata görə, Senatda sağçı blok Jair Bolsonaronu həbs edən Ali Məhkəmə hakimlərinin impiçmenti üçün tələb olunan üçdə iki səs çoxluğuna yaxınlaşıb. Növbəti prezidentin isə Ali Məhkəməyə dörd yeni hakim təyin etmək səlahiyyəti olacaq.

Bununla yanaşı, sağçı siyasi qüvvələrin Jair Bolsonaronun 2030-cu ildə yenidən prezidentliyə qayıtması üçün artıq hazırlıqlara başladığı bildirilir.

Qeyd edək ki, Jair Bolsonaronun adı ilə bağlı işin Ali Məhkəmədə araşdırılması təxminən dörd il davam edib. Bolsonaro tərəfdarları isə məhkəmənin qərarının ölkədə siyasi balansı dəyişdirə biləcəyini düşünürlər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər