Monteneqroda möhtəşəm seriya: Azərbaycan boksçuları rəqiblərinə aman vermədi!
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycan milli komandasının daha 5 təmsilçisi rinqi qələbə ilə tərk edib.
Nihad Məmmədli (48 kq): 1/16 finalda Lasaro Ernandesi (İspaniya) cəmi 58 saniyəyə tam üstünlüklə məğlub edib. O, oktyabrın 7-də Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.
İsmayıl Nəsirzadə (52 kq): 1/16 finalda İlir Selmanini (Şimali Makedoniya) ilk raundda üstələyib. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunas (Litva) ilə döyüşəcək.
Şükar Əliyev (80 kq): 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) 3-cü raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz oktyabrın 8-də yarımfinala vəsiqə uğrunda Maksim Rumiantsau (Belarus) ilə qarşılaşacaq.
Mehran Rəsulov (+80 kq): 1/8 finalda Levente Lorantanı (Macarıstan) 4:1 hesabı ilə mübarizədən kənarlaşdırıb. O, oktyabrın 8-də Stefanos Atanasiou (Yunanıstan) ilə qüvvəsini sınayacaq.
Səma Abbasova (66 kq): 1/8 finalda Robin O Reyli (İrlandiya) üzərində 3:2 hesablı çətin qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) ilə rinqə çıxacaq.
Qeyd edək ki, 40 ölkədən 473 boksçunun mübarizə apardığı U-17 Avropa çempionatı oktyabrın 11-də başa çatacaq.
Namiq HUN