Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı

Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
06.10.2026 12:25 Sosial

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər