İranın “sizi biz qorumalıyıq” dediyi husiləri qırırlar - üstlərindən maşınla keçirlər

İranın “sizi biz qorumalıyıq” dediyi husiləri  qırırlar - üstlərindən maşınla keçirlər
06.10.2026 15:58 Təhlil

Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hərbi əməliyyatlar yeni mərhələyə keçib.

TodayPress TV xəbər verir ki, yerli KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanının hava dəstəyi ilə Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazı və Qırmızı dəniz sahillərində husilərin nəzarətində olan ərazilərə qarşı genişmiqyaslı hücuma başlayıb. 

Məlumata görə, Səudiyyə aviasiyasının dəstəklədiyi əməliyyat nəticəsində Yəmən hökumət qüvvələri Bab əl-Məndəb ətrafındakı bir sıra strateji məntəqələrə nəzarəti bərpa edib.

Döyüşlərin əsas istiqamətlərindən biri Moxa şəhəri və onun ətrafıdır. "Reuters" və digər beynəlxalq mənbələr hökumət qüvvələrinin bölgədə sürətli irəliləyiş əldə etdiyini bildirir. 

Sosial şəbəkələrdə yayılan bəzi görüntülərdə isə  husilərin mövqelərindən geri çəkildiyi, döyüşçülərin qaçdığı və ağır savaş getdiyi görünür.

Yəmən hökuməti və Səudiyyə Ərəbistanı husilərə qarşı əməliyyatların məqsədinin dövlət institutlarının nəzarətini bərpa etmək və strateji Qırmızı dəniz marşrutlarında təhlükəsizliyi təmin etmək olduğunu bildirir. Səudiyyə koalisiyası isə husilərin bölgədəki fəaliyyətinin regional və beynəlxalq gəmiçiliyə təhlükə yaratdığını açıqlayıb.

Yəməndəki qarşıdurmanın arxasında  daha geniş regional rəqabət dayanır. İran uzun illərdir husilərə siyasi və hərbi dəstək verir. Husilər isə Yəmənin şimal və qərb hissələrinin böyük bölümünə nəzarət edərək Səudiyyə Ərəbistanı və digər regional aktorlarla qarşıdurmanı davam etdiriblər.

Hazırkı əməliyyatların nəticəsi Yəməndə qüvvələr balansına ciddi təsir göstərə bilər. Xüsusilə Bab əl-Məndəb boğazı və Moxa kimi strateji məntəqələr üzərində nəzarətin dəyişməsi husilərin Qırmızı dənizə çıxış imkanlarını məhdudlaşdıra bilər. Bununla belə, husilər də Səudiyyə ərazisində müxtəlif hədəflərə raket və dron zərbələri endirdiklərini açıqlayıblar. Ancaq görünür, İranın sonuncu dayaqlarından  olan husilərin də  sonu yaxınlaşır. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər