Korta döndü və kuboku qaldırdı: Alkarasdan Yaponiyada möhtəşəm çempionluq!

Korta döndü və kuboku qaldırdı: Alkarasdan Yaponiyada möhtəşəm çempionluq!
06.10.2026 16:51 İdman

Böyük Dəbilqə turnirlərinin 7 qat qalibi, dünyanın 3-cü raketkası Karlos Alkaras Yaponiyanın Tokio şəhərində keçirilən “ATP-500” turnirindəki çempionluğundan sonra təəssüratlarını bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “ATP”nin mətbuat xidməti məlumat yayıb.

Gərgin keçən qarşılaşmadan sonra təcrübəli idmançı hisslərini belə ifadə edib:

“Yenidən kuboku başım üzərinə qaldırdığım üçün çox xoşbəxtəm. Müəyyən vaxt keçdi və əlbəttə ki, zədədən sonra bu titul mənim üçün xüsusilə əhəmiyyətlidir. Korta qayıtdım və artıq iştirak etdiyim ikinci turnirdə kuboku qazanmağı bacardım - bu, mənim üçün çox şey deməkdir.

Buna görə çox şadam. Çətin bir həftə oldu. Ən yaxşı tennisimi nümayiş etdirə bilməsəm də, doğru həll yolları tapmağı bacardım. Düşünürəm ki, əsas məsələ də elə budur - vacib xallar uğrunda mümkün qədər yaxşı oynamaq. Zənnimcə, bu həftə bunu bacardım. Deyərdim ki, bu gün turnirdəki ən yaxşı matçımı keçirdim və ya hər halda ən sabit oyunumu nümayiş etdirdim”, - deyə Alkaras bildirib.

Qeyd edək ki, ispaniyalı tennisçi həlledici final matçında çexiyalı İrji Leqeçkanı iki setdə məğlub edib - 7:6 (7:4), 6:4.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər