Ombudsmanın maaşı 4 dəfə artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib.
TodayPress TV bu barədə President.az-a istinadən xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsi rəhbər tutularaq qərara alınır:
"Maddə 1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115 (Cild I); 2024, № 10, maddə 1109; 2025, № 10, maddə 886) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 16.1-ci maddədə "3060" rəqəmləri "12000" rəqəmləri ilə əvəz edilsin;
1.2. 16.1-1-ci maddə ləğv edilsin.
Maddə 2. Keçid müddəa
Bu Konstitusiya Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Maddə 3. Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir".