İngiltərədə şok ssenari: Haaland aşağı liqa qorxusundan Kataloniyaya qaçır!
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland maliyyə qaydalarının pozulmasına görə klubu aşağı liqaya göndəriləcəyi təqdirdə, "Arsenal"a deyil, "Barselona"ya keçməyə üstünlük verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı forvardın ətrafındakı vəziyyəti Madrid "Real"ı da diqqətlə izləyir. İspaniyanın iki nəhəngindən birində çıxış etmək perspektivi norveçli hücumçu üçün kifayət qədər cazibədar görünür.
Qeyd edək ki, Haaland artıq bir neçə ildir "Barselona"nın əsas transfer hədəfidir və Kataloniya təmsilçisi onun "Mançester Siti"dən ayrılmaq istəyinə dair ilk siqnallar yaranan kimi hərəkətə keçməyə hazırdır. Karyerasının bu mərhələsində hücumçu üçün La Liqada oynamaq çağırışı maraqlı gələ bilər.
Namiq HUN