Niderland millisində təmiz səhifə: Kodi Qakpo yeni baş məşqçinin təsirini açıqladı!

Niderland millisində təmiz səhifə: Kodi Qakpo yeni baş məşqçinin təsirini açıqladı!
25.09.2026 10:56 İdman

Niderland milli komandasının vingeri Kodi Qakpo UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Almaniya ilə keçirilən matçdan (1:1) sonra komandanın yeni baş məşqçisi Xavinin rəhbərliyi altında ilk oyununu dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat  yayıb. 

Son dəqiqələrdə vurduğu qolla komandasına bərabərlik qazandıran futbolçu Xavinin komandaya gətirdiyi yeni enerjidən danışıb:

“Yeni baş məşqçi gələndə bu, hər kəs üçün səhifəni təmizdən açmaq imkanıdır. O, komandaya böyük ehtiras, intensivlik və enerji gətirir. İndi bizim vəzifəmiz bütün bunları meydanda nümayiş etdirməkdir”.

Qeyd edək ki, bu qarşılaşma həm Niderlandın baş məşqçisi Xavi, həm də Almaniya millisinin sükanı arxasına keçən Yurgen Klopp üçün milli komandalarda ilk rəsmi oyun olub. 

Niderland növbəti turda sentyabrın 27-də səfərdə Serbiya ilə, Almaniya isə həmin gün doğma meydanda Yunanıstanla üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər