Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?”

Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?”
24.07.2026 09:37 İdman

“Santos” klubunun hücumçusu Neymar poker oynamasının futbol karyerasına mane olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, braziliyalı ulduz sosial şəbəkə hesabında yayımladığı paylaşımda poker turnirində iştirakına görə ünvanına səslənən tənqidlərə cavab verib.

“İnsanlar daim poker oynadığımı deyirlər. Amma səhər məşq etdim. Son futbol oyununu buraxdım, çünki məşqlərə yenicə qayıtmışdım. Poker turnirinə isə istirahət günündə getmişdim. Hazırda növbəti məşqə hazırlaşıram. Sizə bir sualım var: məşq etməyimə icazə var, yoxsa buna da nəsə deyəcəksiniz?” – deyə Neymar yazıb.

34 yaşlı futbolçu son günlər San-Pauluda keçirilən poker turnirində görüntüləndiyi üçün sosial şəbəkələrdə tənqid olunurdu. O, bu müddətdə “Santos”un Braziliya çempionatı və Cənubi Amerika Kubokundakı son matçlarını buraxıb.

“Santos” Neymarın iyulun 26-na keçən gecə Braziliya çempionatında “Şapekoense” ilə keçiriləcək oyunda meydana çıxacağına ümid edir.

Qeyd edək ki, Neymar 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində iki oyunda iştirak edib və bir qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər