"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəldi - YENİLƏNDİ
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.
Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.
Bununla da "Neftçi SOCAR" 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.
Qeyd edək ki, final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.
***
15:28
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Niderlanda 12:22 hesabı ilə uduzub.
Komanda bu gün Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
"Neftçi SOCAR" günün son görüşündə, saat 16:55-də Almaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
***
12:44
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası bu gün FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayacaq.
TodayPress TV xəbər verir ki, Çinin Şanxay şəhərində keçiriləcək turnirin qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk rəqibi Fransa olacaq.
Qarşılaşma saat 12:45-də başlayacaq.
“Neftçi SOCAR” daha sonra Niderland 14:50 və Almaniya 16:55 yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalında ikinci yeri tutub.