Nəfəs kəsən “Formula-2” dueli: Aleks Dann Bakı trasında rəqiblərinə şans vermədi!

Nəfəs kəsən “Formula-2” dueli: Aleks Dann Bakı trasında rəqiblərinə şans vermədi!
25.09.2026 15:49 İdman

“Formula-2” üzrə Azərbaycan Qran-prisində ilk əsas yarış başa çatıb. 

TodayPress TV xəbər verir ki, “Rodin Motorsport” komandasının pilotu Aleks Dann Bakı trasında mövsümdə ilk qələbəsini qazanaraq marşal bayrağını birinci keçib.

Onun komanda yoldaşı Martinius Stenshorne ikinci (+4.3 saniyə), “Dams”ın sürücüsü Dino Beqanoviç isə üçüncü (+6.6 saniyə) yeri tutub. “Invicta Virtuosi”nin pilotu Rafaele Kamara finiş xəttində Noel Leonu qabaqlayaraq dördüncü olub və ümumi hesabla Nikola Tsolovu 1 xal qabaqlayaraq çempionatın yeni liderinə çevrilib.

Yarış gərgin və qəzalarla zəngin keçib. Çempionatın sabiq lideri Nikola Tsolov təhlükəsizlik maşınının gedişindən sonrakı re-startda zəncirvari qəzaya düşərək 12-ci dövrədə mübarizəni dayandırıb. Sebastian Montoya isə start düzülüşünə gələrkən idarəetməni itirərək yarışa başlaya bilməyib.

Bakıda “Formula-2” üzrə ilk əsas yarışın nəticələri:

1. Aleks Dann (“Rodin Motorsport”)

2. Martinius Stenshorne (“Rodin Motorsport”) +4.3

3. Dino Beqanoviç (“Dams”) +6.6

4. Rafaele Kamara (“Invicta Virtuosi”) +7.6

5. Noel Leon (“Campos”) +7.7

6. Qabriele Mini (“MP Motorsport”) +10.8

7. Roman Bilinski (“Dams”) +11.1

8. Rafael Vilyagomes (“Van Amersfoort”) +15.3

9. Hiyu Yamakosi (“Van Amersfoort”) +16.5

10. Kus Maini (“ART”) +19.1

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər