Montelladan kritik Fransa oyunu öncəsi iddialı mesaj: “Özünəinamla bağlı problemimiz yoxdur!”
Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Fransaya qarşı keçiriləcək matçdan öncə komandanın DÇ-2026-dakı uğursuz çıxışından sonrakı vəziyyətini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssis komandada əhval-ruhiyyənin bərpa olunduğunu və yetirmələrinin qarşıdakı sınağa hazır olduğunu bildirib. Montella qeyd edib ki, böyük məyusluq geridə qalıb və diqqəti qarşıdakı gərgin rəqabətə yönəltmək lazımdır:
“Dünya çempionatından sonra böyük məyusluq yaşadıq. Lakin keçmiş uğursuzluqlar və ya uğurlarla yaşamaq olmaz. Gördüyüm qədərilə, hər kəs yaxşı formadadır, özünəinamla bağlı da heç bir problem yoxdur. Hazırda olduğumuz yerdə rəqabət çox yüksəkdir və bugünkü oyun da buna sübütdür”.
Namiq HUN