Millətlər Liqasında böyük həyəcan başladı: Amsterdamda derbi bərabərliklə bitdi!

Millətlər Liqasında böyük həyəcan başladı: Amsterdamda derbi bərabərliklə bitdi!
25.09.2026 08:43 İdman

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünə start verilib. İlk oyun günündə baş tutan 8 qarşılaşmada diqqətçəkən nəticələr qeydə alınıb.

TodayPress TV xəbər verir ki, turnirin mərkəzi matçında Niderland və Almaniya milliləri Amsterdamdakı “Yohan Kroyff Arena”da sülhlə ayrılıblar (1:1). 

Həmçinin Danimarkanı gərgin mübarizədə üstələyən Norveç (3:2) və Uelsə minimal hesabla qalib gələn son çempion Portuqaliya (1:0) turnirə qələbə ilə başlayıblar.

Azərbaycan millisinin yer aldığı D2 qrupunda isə Litva səfərdə Lixtenşteynə şans verməyib (2:0). 

Qeyd edək ki, yığmamız sentyabrın 27-də səfərdə məhz Litvanın qonağı olacaq.

Oyunların nəticələri:

Niderland – Almaniya 1:1

Serbiya – Yunanıstan 1:2

Norveç – Danimarka 3:2

Portuqaliya – Uels 1:0

Avstriya – İsrail 3:1

Kosovo – İrlandiya 1:0

Andorra – Malta 1:2

Lixtenşteyn – Litva 0:2

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər