"Mançestet Yunayted" "Liverpul"u məğlub etdi

İdman

03.05.2026 21:30

İngiltərə Premyer Liqasında XXXV tur davam edir.

TodayPress TV xəbər verir ki, bu gün turun mərkəzi oyunu keçirilib.

"Mançestet Yunayted" "Liverpul"u qəbul edib. Görüş "qırmızı şeytanlar"ın üstünlüyü ilə başlayıb. Komanda Mateus Kunya və Benjamin Şeşkonun qolları ilə önə keçib.

İkinci hissədə qonaqlar Dominik Sobozlai və Kodi Qakpo ilə hesabı bərabərləşdirib. Lakin mankunianlar Kobbi Maynu ilə qələbə topunu vurmağı bacarıb - 3:2.

TodayPress TV

tag: Mançester Siti,Futbol,İdman,Liverpul,Todaypress.tv,