Lotereyada bəxtimiz gətirmədi: “Birbaşa Bakı” Çempionlar Liqası ilə vidalaşdı!

Lotereyada bəxtimiz gətirmədi: “Birbaşa Bakı” Çempionlar Liqası ilə vidalaşdı!
25.09.2026 16:42 İdman

“Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında mübarizəni 1/8 final mərhələsində dayandırıb.

TodayPress TV xəbər verir ki, İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşan təmsilçimizin matçının əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. 

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında isə daha dəqiq davranan (2:0) rəqib komanda 1/4 finala yüksəlib.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən digər klub “Aznur” isə yarışla daha əvvəl, qrup mərhələsində vidalaşmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər