Joao Pedro transferində qapılar bağlandı

Joao Pedro transferində qapılar bağlandı
27.05.2026 13:31 İdman

“Çelsi” klubu “Barselona”nın Joao Pedro üçün etdiyi transfer marağını rədd edib və futbolçunu satmaq fikrində olmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, insayder Fabritsio Romanonun X sosial şəbəkə hesabında yayımladığı məlumata əsasən London təmsilçisi Kataloniya təmsilçisinə danışıqlara belə başlamağa hazır olmadığını bildirib.

Məlumata görə, “Çelsi” braziliyalı hücumçunu layihənin əsas hissəsi hesab edir və təklif edilən məbləğdən asılı olmayaraq transferi müzakirə etmir.

Qeyd edək ki, Joao Pedro ötən ilin iyul ayında “Brayton” klubundan “Çelsi”yə keçib. Onun “zadəganlar”la müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər