İranlı futbol rəsmilərinin ölkəyə girişinə icazə verilmədi - Kanadadan İrana zərbə

İdman

01.05.2026 01:00

Kanada FIFA konfransında iştirak etmək üçün ölkəyə gələn İran futbol rəsmilərinin girişinə icazə verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranlı ümayəndə heyəti "Toronto Pearson" hava limanına endikdən sonra ölkəyə buraxılmayıb. Heyətin tərkibində İran Futbol Federasiyasının prezidenti Mehdi Taj da olub.

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, Mehdi Taja konfransda iştirak üçün müvəqqəti icazə verilmişdi, lakin sonradan bu icazə ləğv edilib. O, məsələnin immiqrasiya naziri Lena Diabın səlahiyyətlərinə aid olduğunu qeyd edib.

İmmiqrasiya nazirliyinin nümayəndəsi isə bildirib ki, hökumətin mövqeyi dəyişməzdir və İran İnqilab Keşikçiləri Korpusunun üzvlərinin Kanadaya girişi qadağandır.

Qeyd edək ki, Kanada, Meksika və ABŞ ilə birlikdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnirin başlamasına altı həftə qaldığı bir vaxtda iranlı rəsmilərin Vankuverdə keçiriləcək FIFA konfransında iştirakı nəzərdə tutulurdu.

Kənan Yusif

TodayPress TV 

tag: Kanada,ABŞ,Meksika,İran,İdman,Toodaypress.tv,