“Həmişə özümə sual verirdim...”: Ueyn Runidən sensasiyalı ailə etirafı!

“Həmişə özümə sual verirdim...”: Ueyn Runidən sensasiyalı ailə etirafı!
25.09.2026 11:17 İdman

İngiltərə milli komandasının və “Mançester Yunayted” klubunun sabiq hücumçusu Ueyn Runi katolik ailəsində böyüməsinə baxmayaraq, yəhudi köklərinə sahib olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Disney+” nəşrinə müsahibə verib.

40 yaşlı Runi həyat yoldaşı və oğulları ilə birgə Polşada yerləşən Osventsim (Auşvits) konsentrasiya düşərgəsini ziyarət edərkən danışıb. Keçmiş futbolçu anası tərəfdən nənəsinin və ailəsinin Polşa yəhudisi olduğunu bu yaxınlarda öyrəndiyini bildirib:

“Bu yaxınlarda öyrəndim ki, ana tərəfdən nənəm və onun ailəsi Polşa yəhudiləri olublar. Mən katolikəm, amma həmişə özümə “Niyə biz yəhudi deyilik?” kimi suallar verirdim”.

Qeyd edək ki, ənənəvi dini qaydalara əsasən, yəhudi mənşəyi ana xətti ilə ötürüldüyü üçün Runinin yəhudi hesab olunduğu bildirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər