Gözlənilən cavab gəldi - Nuruşov Uzoqovu ilk raundda susdurdu
İdman
02.02.2026 09:34
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən turnirdə uğurlu çıxış edib.
TodayPress TV xəbər verir ki, idmançı Daşkənd şəhərində baş tutan “Octagon 84” turniri çərçivəsində özbəkistanlı döyüşçü Şaxzod Uzoqovla qarşılaşıb.
Görüş uzun çəkməyib. Nuruşov ilk raundda rəqibini texniki nokautla məğlub edərək inamlı qələbə qazanıb. Bu, onun peşəkar MMA karyerasında ikinci qələbəsi olub.
Şaxzod Uzoqov isə peşəkar karyerasında ilk rəsmi məğlubiyyətini alıb.
Qeyd edək ki, döyüş günlər öncə sosial şəbəkələrdə böyük maraqla gözlənilirdi. Buna səbəb tərəflərin əvvəlki qarşılaşmasında Uzoqovun qışqıraraq Nuruşovu diksindirməsi və bu epizodun geniş müzakirələrə yol açması idi.
Namiq HUN
tag: Məhəmmədəli Nuruşov,Şaxzod Uzoqov,MMA,Qələbə,Todaypress.tv,
