Gimnastlarımız Alkmaardakı turnirdə bir neçə medal qazandı
İdman
16.03.2026 14:14
Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.
TodayPress TV xəbər verir ki, turnirdə fərdi proqramda gimnastlarımız medal sıralamasında yer alaraq Azərbaycanı layiqincə təmsil ediblər.
Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub. Maqsud Mahsudov isə 60.030 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aktivinə 57.410 xal yazdıran Hüseyn Abbasov bürünc medala layiq görülüb.
Sinxron proqramda Ömər Qasımlı və Muhamməd Həsənli cütlüyü 43.680 xalla qızıl medal qazanıb. Maqsud Mahsudov – Hüseyn Abbasovdan ibarət digər kişi cütlüyü isə 51.530 xalla gümüş medalla kifayətlənib.
Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka layiq görülüb.
Namiq HUN
tag: Batut,Gimnastika,Selcan Mahsudova,Maqsud Mahsudov,Todaypress.tv,
