Futbolda yeni iddiaçı: Miçel “Siti” üçün hazır olduğunu dedi

İdman

20.03.2026 09:40

Miçel Sançes rəhbərlik etdiyi “Jirona” komandasından sonra daha böyük çağırışa hazır olduğunu bildirib və Pep Qvardiolanı əvəz etmək istədiyini gizlətməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. 

“Hazıram, istənilən komandanı çalışdırmağa hazır olduğumu düşünürəm. Bilmirəm, “Mançester Siti” bu fikirlə razıdırmı. Əlbəttə, mühit fərqlidir, amma uyğunlaşmaq bacarığım var və bunu sınamaq istəyirəm”, — deyə Miçel bildirib.

50 yaşlı mütəxəssis 2021-ci ildən “Jirona”nın baş məşqçisidir. O, komanda ilə 211 oyuna çıxıb. “Jirona” Miçel Sançesin rəhbərliyi altında La Liqaya yüksəlib və 2023/2024 mövsümündə üçüncü yeri tutub.

Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Jirona,Mançester Siti,Pep Qvardiola,Miçel Sançes,Todaypress.tv,