Futbol dünyasında “Qızıl top” mübahisəsi: İspaniya aşkar favoritdir!

Futbol dünyasında “Qızıl top” mübahisəsi: İspaniya aşkar favoritdir!
22.09.2026 08:25 İdman

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il “Qızıl top” mükafatının onun həmyerlilərindən birinə verilməli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

Təcrübəli mütəxəssis ispan futbolçuların üstünlüklərini xüsusi vurğulayıb:

“Hesab edirəm ki, bu mükafatı ispan futbolçu qazanmalıdır. Uzun müddətdir deyirəm ki, ispan futbolçular bir çox aspektlərdə - texnika, taktika, oyunu anlama və digər baxımlardan dünyada ən yaxşıdırlar. Dünyada belə oyunçulardan başqa yoxdur. İspan futbolçusu demək olar ki, tam formalaşmış, ideal oyunçudur. Mən bunu yalnız meydan oyunçuları haqqında deyil, qapıçılar barədə də deyirəm”.

Qeyd edək ki, de la Fuentenin rəhbərliyi altında İspaniya yığması UEFA Millətlər Liqasını (2022/2023), Avropa çempionatını (2024) və Dünya çempionatını (2026) qazanıb.

“Qızıl top”a namizədlər siyahısına İspaniya millisinin 6 futbolçusu daxil edilib: Pau Kubarsi, Mark Kukurelya, Lamin Yamal, Rodri, Fabian Ruis və Ferran Torres.

Mükafatın sahibi oktyabrın 26-da Londonda keçiriləcək təntənəli mərasimdə elan olunacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər