Futbol bazarında böyük səs: “Yuventus” Silvanı istəyir
İdman
21.03.2026 09:49
“Yuventus” klubu “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Bernardu Silva ilə ciddi maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Yayda portuqaliyalı futbolçu azad agentə çevrilə bilər və Turin təmsilçisi ona illik təxminən 7 milyon avro maaş olmaqla 3 il müddətinə müqavilə təklif etməyi planlaşdırır.
31 yaşlı Bernardu Silva karyerasının son mərhələsində mühiti dəyişmək ehtimalını nəzərdən keçirsə də, hələ gələcəyi ilə bağlı qərar verməyib. “Yuventus” onun üçün cəlbedici variantlardan biri olsa da, yeganə seçim deyil.
Futbolçu bütün təklifləri dəyərləndirmək niyyətindədir. Ona “Barselona”, “Benfika”, “Qalatasaray”, həmçinin ərəb liqalarından və MLS klublarından da maraq var. Silva yekun qərarını böyük ehtimalla aprelin sonundan əvvəl verməyəcək.
Qeyd edək ki, cari mövsümdə Bernardu Silva “Mançester Siti”nin heyətində 41 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Yuventus,Silva,Transfer,Mançester siti,Todaypress.tv,
