“Formula-2”də möhtəşəm mübarizə: Dino Beqanoviç Azərbaycan Qran-prisinin qalibi oldu!
“Formula-2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Bakı şəhər halqasında gərgin mübarizə şəraitində keçən yarışda “Dams Lucas Oil” komandasının pilotu Dino Beqanoviç bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.
Fəxri kürsünün digər pillələrində isə “Trident” komandasının sürücüsü Laurens Van Hopen və “Rodin Motorsport”un pilotu Aleks Dann qərarlaşıblar.
Qeyd edək ki, günün ikinci yarısında ikinci dərəcəli pilotlar ilk əsas yarış çərçivəsində yenidən treke çıxacaqlar.
Namiq HUN