FIFA-da islahat vaxtı: Avropanın 4 nəhəng liqasından sərt ultimatum!

FIFA-da islahat vaxtı: Avropanın 4 nəhəng liqasından sərt ultimatum!
25.09.2026 10:51 İdman

Avropanın aparıcı futbol liqaları - İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və İspaniya La Liqası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) idarəçiliyində islahatların aparılması tələbi ilə birgə bəyanat yayacaqlar.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, Avropa futbolunun nəhəngləri əsas məsələlər üzrə daha geniş məsləhətləşmələrin aparılmasını və qərar qəbulu prosesində maraqlı tərəflərə daha mühüm rol verilməsini tələb etməyi planlaşdırırlar. 

Bəyanatda FIFA prezidenti Canni İnfantinonun istefaya çağırılıb-çağırılmayacağı isə hələlik dəqiqləşdirilməyib.

Aparıcı liqaların bu mövqeyi FIFA-nın milli komandaların təqvimi ilə bağlı yürütdüyü siyasətdən narazılıqla bağlıdır. Belə ki, oyunların sayının artırılması və milli komandalar arasında keçirilən turnirlərin genişləndirilməsi ehtimalı böyük liqalarda ciddi narahatlıq doğurur.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası beynəlxalq oyunlar təqviminin həddindən artıq sıx olduğunu əsas gətirərək FIFA-dan Avropa Komissiyasına şikayət etmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər