Ferstappen batareya olmadan sürməyin üstünlüyünü qeyd etdi
İdman
21.03.2026 14:27
Maks Ferstappen Nürburqrinqdə keçirilən NLS2 mərhələsində qazandığı poul mövqeyindən sonra “Formula-1” ilə bu seriya arasındakı fərqlər barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Autosport” nəşri məlumat yayıb.
“Burada, ən azı, batareyanı izləmədən limitdə sürmək mümkündür”, – deyə o bildirib.
Maks Ferstappen “Verstappen Racing” komandasında “Mercedes-AMG GT3” ilə çıxış edir. Onun komanda yoldaşları Daniel Hunkadella və Jules Gounondur.
Sıralama turunda niderlandlı pilot 7:51.751 nəticə göstərərək ən yaxın rəqibini təxminən 2 saniyə qabaqlayıb.
Bu iştirak Maks Ferstappen üçün mayın sonunda keçiriləcək Nürburqrinq 24 saat yarışına hazırlığın bir hissəsidir. NLS2 mərhələsi xüsusi olaraq təqvimdə dəyişdirilib ki, “Formual-1” üzrə 4 qat dünya çempionu Çin və Yaponiya mərhələləri arasında bu yarışda iştirak edə bilsin.
Namiq HUN
tag: Ferstappen,NLS2,Batareya,Mercedes,Todaypress.tv,
