Ermənilərdən təxribat - AFFA dərhal UEFA-ya şikayət etdi

Ermənilərdən təxribat - AFFA dərhal UEFA-ya şikayət etdi
23.07.2026 19:24 İdman

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Ararat-Armeniya" - "Şemrok Rovers" (İrlandiya) matçında (2:0) erməni azarkeşlər təxribata əl atıblar.

TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, ev sahibi komandanın tribunalarında Qarabağ ermənilərinin əski parçası dalğalandırılıb.

Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mövqeyini öyrəndik.

Qurumun mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:

"Bununla bağlı müvafiq şikayət UEFA-ya göndərilib".

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər