Ekspertdən qalmaqallı iddia: “Real”da Alonso yox, Vinisius göndərilməli idi
Futbol üzrə ikiqat Rusiya çempionu Eduard Mor “Real Madrid”in keçən qış baş məşqçi Xabi Alonsonu saxlamağının və vinger Vinisius Junioru Səudiyyə Ərəbistanı klublarından birinə satmağının daha doğru addım olacağını bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Match TV”nin efirində açıqlama verib.
“Əgər qışda Xabi Alonsonu yola salmaq əvəzinə Vinisiusu Səudiyyə Ərəbistanına satsaydılar, hər kəs üçün yaxşı olardı. İndi “Real”da başda ulduz Mbappe olmaqla, komanda üçün çalışan nizamlana bilmiş bir kollektiv formalaşardı. Hər kəs müdafiə olunar, komandada intizam və sıxlıq təmin edilərdi. Mourinyonu əsas ulduz olsun deyə gətirdilər, lakin o, Vinisiusu ehtiyat skamyada otuzdura bilmir, hərçənd ki, artıq onu əvəzləməyə başlayıb. Əgər “Real”da məşqçinin komandanın mənafeyi naminə qərar verə bilmədiyi belə bir vəziyyət davam edərsə, madridlilər “Atletiko” ilə matçda olduğu kimi nəticələrlə qarşılaşacaqlar”, — deyə Mor bildirib.
Xatırladaq ki, La Liqanın VII turu çərçivəsində azlıqda qalan “Real” “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub.
Namiq HUN