DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi

DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi
03.07.2026 08:14 İdman

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

TodayPress TV xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 03:00-da start götürüb.

İlk hissədə hesab açılmayıb.

İkinci yarı Xorvatiyanın qoluyla başlayıb. 53-cü dəqiqədə İvan Perişiç fərqlənib: 1:0.

Portuqaliya 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Kriştiano Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib.

90+4-cü dəqiqədə Portuqaliya 2-ci qolu vurub. Qonsalo Ramoş başla dəqiq oynayıb: 2:1.

Matç bu hesabla başa çatıb və Portuqaliya adını növbəti mərhələyə yazdırıb.

Portuqaliya 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər