DÇ-2026: Belçika - Seneqal oyununda qalib müəyyənləşmədi
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda əsas vaxt başa çatıb.
TodayPress TV-nin məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan olmayıb – 2:2.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.