Çiro İmmobile futbola vida etdi!

Çiro İmmobile futbola vida etdi!
15.08.2026 04:40 İdman

36 yaşlı italiyalı hücumçu Çiro İmmobile futbolçu karyerasını başa vurub.

TodayPress TV xəbər verir ki, bu barədə "Paris" futbol klubunun sosial şəbəkə hesabında yaydığı rəsmi açıqlamada bildirilib.

İmmobile 2026-cı ilin fevralında Paris klubuna keçib. Ötən mövsüm Liqa 1-də 12 matçda meydana çıxan futbolçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Yuventus"un yetirməsi olan İmmobile karyerası ərzində "Cenoa", "Torino", "Borussiya Dortmund", "Sevilya", "Latsio", "Beşiktaş", "Bolonya" və digər klublarda çıxış edib.

O, 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər