Çimərlik voleybolunda Azərbaycanı Avropada bu cütlüklər təmsil edəcək
Azərbaycanın çimərlik voleybolu üzrə komandaları sentyabr ayında keçiriləcək Avropa çempionatlarında mübarizə aparacaqlar.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
U-20 millisi 3–6 sentyabr tarixlərində İtaliyanın Battipaqlia şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Yarışda Azərbaycanı oğlanların turnirində İbrahim Məmmədov – Məhəmməd Aslanlı, qızların yarışında isə Səbinə Əlizadə – Leyla Əliyeva cütləri təmsil edəcəklər.
Bundan əlavə, Azərbaycanın çimərlik voleybolu üzrə komandası 10–13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində təşkil olunacaq Avropa çempionatında da mübarizə aparacaq.
U-18 millisi isə 17–20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında qüvvəsini sınayacaq.
İzmir turnirində Azərbaycanı oğlanlar arasında Emil Safronov – Tamerlan Tağıyev, qızların yarışında isə Dilarə Ağayeva – Leyla Əliyeva cütü təmsil edəcək.
Namiq HUN