“Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir

“Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir
03.08.2026 10:34 İdman

Vozinya “Kolo-Kolo”ya transferini tamamlamaq üçün Çiliyə gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya “Kolo-Kolo” klubuna transferini başa çatdırmaq üçün Çiliyə eniş edib.

Daha əvvəl Mərakeşin “Berkan” klubunun Vozinyanı “Kolo-Kolo”nun əlindən aldığı bildirilirdi. Hətta futbolçunun planlarını dəyişdiyi və Mərakeş təmsilçisi ilə keçidin son detallarını müzakirə etdiyi iddia olunurdu.

Bununla belə, qapıçının Çiliyə gəlməsi onun karyerasını məhz “Kolo-Kolo”da davam etdirəcəyini göstərir.

Qeyd edək ki, Vozinya son dünya çempionatında Kabo-Verde millisinin heyətində 4 oyunda meydana çıxıb və bunların ikisində qapısını toxunulmaz saxlayıb.

Onun son klubu Portuqaliyanın II liqa təmsilçisi “Şaviş” olub. Təcrübəli qolkiper ötən mövsüm bütün turnirlərdə 19 matç keçirib, 6 oyunda qapısından qol buraxmayıb. 

Transfermarkt portalında futbolçunun bazar dəyəri 500 min avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər