Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi
Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü 1/4 final mərhələsində Polşanı təmsil edən Katarjina Qornisieviçlə qarşılaşıb.
Nəsirli rəqibini 3:2 hesabı ilə məğlub edib. Hakimlərin qərarına əsasən, döyüş 30:27, 28:29, 28:29, 30:27, 29:28 hesabları ilə Azərbaycan boksçusunun xeyrinə başa çatıb.
Bu qələbə sayəsində Banuçiçək Nəsirli yarımfinala yüksəlib və ən azı Avropa çempionatının bürünc medalını təmin edib.
Azərbaycanlı boksçu avqustun 20-də finala vəsiqə uğrunda mübarizədə İrlandiya təmsilçisi Ellen Coysla qarşılaşacaq.
Namiq HUN