Bakı trekində ulduzların zarafatlı dueli: Alonso ideal yarış halqasını açıqladı!
“Formula-1” üzrə ikiqat dünya çempionu, “Aston Martin” komandasının təcrübəli pilotu Fernando Alonso Bakıda keçirilən Azərbaycan Qran-prisinin media günündə öz ideal yarış trası versiyasını açıqlayıb.
TodayPress TV xəbər verir ki, aparıcının sualını cavablandıran Alonso üç fərqli trasın sektorlarından ibarət ideal kombinasiyasını təqdim edib:
“Madrid (gülür). Birinci sektor - Suzuka, ikinci sektor - Spa, üçüncü sektor - Barselona.”
“Kadillak”ın pilotu Serxio Peres bu cavaba reaksiyasında belə bir trasda enerjinin bərpası və istifadəsi (klippinq) ilə bağlı böyük çətinliklərin yaranacağını qeyd edib.
Alonso isə zarafatla:
“Bizim üçün yox” - deyə cavab verib.
Qeyd edək ki, Bakı şəhər halqasında keçirilən Azərbaycan Qran-prisi sentyabrın 26-dək baş tutacaq.
Namiq HUN