Bakı şəhər halqasında Rassell şousu: Poul “Mersedes”in oldu!

Bakı şəhər halqasında Rassell şousu: Poul “Mersedes”in oldu!
25.09.2026 17:24 İdman

“Mersedes”in pilotu Corc Rassell 1:42.526 nəticə ilə Azərbaycan Qran-prisinin sıralanma turunda qalib gələrək poul mövqeyini təmin edib. 

TodayPress TV xəbər verir ki, onun komanda yoldaşı və çempionatın lideri Andrea Kimi Antonelli isə mübarizəyə yalnız 16-cı pillədən başlayacaq. 

İtalyyalı sürücü sıralanma turunun birinci sessiyasında bolidini divara çırparaq maşının ön sol hissəsinə ciddi zərər vurub.

Sıralanma turunda ikinci nəticəni “Ferrari”dən Şarl Lekler (1:43.363), üçüncü göstəricini isə “Maklaren”in pilotu Oskar Piastri (1:43.364) əldə edib.

Formul-1. Azərbaycan Qran-prisi, sıralanma turunun nəticələri:

1. Corc Rassell ("Mersedes") — 1:42.526

2. Şarl Lekler ("Ferrari") +0.837

3. Oskar Piastri ("Maklaren") +0.838

4. İsak Hajar ("Red Bull") +0.974

5. Lando Norris ("Maklaren") +1.146

6. Lyuis Hemilton ("Ferrari") +1.332

7. Pyer Qasli ("Alpin") +1.521

8. Maks Ferstappen ("Red Bull") +1.555

9. Karlos Sayns ("Uilyams") +2.040

10. Franko Kolapinto ("Alpin") +2.437

İkinci sessiyadan sonra mübarizəni dayandıranlar:

11. Oliver Birman ("Haas") — 1:44.860

12. Liam Louson ("Reysinq Buls") — 1:44.860

13. Aleks Albon ("Uilyams") — 1:45.001

14. Esteban Okon ("Haas") — 1:45.016

15. Arvid Lindblad ("Reysinq Buls") — 1:45.106

16. Andrea Kimi Antonelli ("Mersedes") — vaxtsız

Birinci sessiyadan sonra mübarizəni dayandıranlar:

17. Qabriel Bortoleto ("Audi") — 1:45.799

18. Niko Hülkenberq ("Audi") — 1:45.920

19. Fernando Alonso ("Aston Martin") — 1:46.593

20. Serxio Peres ("Kadillak") — 1:46.658

21. Lens Stroll ("Aston Martin") — 1:47.337

22. Valtteri Bottas ("Kadillak") — 1:48.290

Namiq HUN

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər