Azərbaycanın kapoeyra nüfuzu artır: mütəxəssis beynəlxalq kursa rəhbərlik etdi

Azərbaycanın kapoeyra nüfuzu artır: mütəxəssis beynəlxalq kursa rəhbərlik etdi
01.09.2026 13:54 İdman

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə Türkiyənin Samsun şəhərində beynəlxalq hakimlik kursu keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Kapoeyra Federasiyası (AKF) məlumat yayıb.

Bildirilib ki, hakimlik kursuna AKF-nin vitse-prezidenti Elgiz Əlizadə rəhbərlik edib.

Onun kurs və seminarların rəhbəri təyin olunması beynəlxalq səviyyədə peşəkarlığına və təcrübəsinə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirilib. Bu təyinat Azərbaycan kapoeyrasının beynəlxalq səviyyədə tanınması və ölkənin Ümumdünya Kapoeyra Federasiyasındakı rolunun daha da gücləndirilməsi baxımından mühüm addım hesab olunur.

Kursda müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər. Təlim çərçivəsində beynəlxalq hakimlik sistemi, yarış qaydaları və qiymətləndirmə meyarları ilə bağlı nəzəri və praktiki məşğələlər keçirilib.

Namiq HUN

TodayPress TV 

FOTOLAR

Azərbaycanın kapoeyra nüfuzu artır: mütəxəssis beynəlxalq kursa rəhbərlik etdi — 1
Azərbaycanın kapoeyra nüfuzu artır: mütəxəssis beynəlxalq kursa rəhbərlik etdi — 2
Azərbaycanın kapoeyra nüfuzu artır: mütəxəssis beynəlxalq kursa rəhbərlik etdi — 3
XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər