Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq

Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq
10.08.2026 16:57 İdman

Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı keçiriləcək. 

TodayPress TV xəbər verir ki, avqustun 13-də start götürəcək yarışa Azərbaycan 13 boksçu ilə qatılacaq.

Məşqçilər korpusu oğlanların yarışında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızların turnirində isə Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) mübarizə aparacaq.

Doqquz gün davam edəcək Avropa çempionatında Emil Qurbanəliyev və Asif Məmmədov hakim kimi fəaliyyət göstərəcəklər. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər