Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək
06.09.2026 09:22 İdman

Azərbaycan Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.

TodayPress TV xəbər verir ki, sonuncu gündə iki oyun baş tutacaq.

İlk olaraq "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Meydan sahibləri 4 xalla altıncı, rəqibindən bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi sıfır xalla sonuncu - 12-ci yerdədir.

Tura "Qarabağ" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. Bu görüş saat 20:15-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan Ağdam təmsilçisi 6 xalla dördüncü, Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.

Azərbaycan Premyer Liqası

I dövrə, IV tur

6 sentyabr

18:00. "Turan Tovuz" – "Sumqayıt"

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

Tovuz şəhər stadionu

20:15. "Qarabağ" – "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Munis Abdullayev.

Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər