"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzdu

"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzdu
04.09.2026 22:14 İdman

Azərbaycan Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib.

TodayPress TV xəbər verir ki, Gəncə stadionunda baş tutan matç qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

"Şamaxı"nın heyətində Tornike Axvlediani (9), Uğur Cahangirov (21), Ayman Bouali (63) və Həbib İsmayılov (76) fərqləniblər. Meydan sahiblərinin yeganə qolu isə Desmond Akuanın (58) aktivinə yazılıb.

5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla 10-cudur.

Qeyd edək ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"yə qalib (2:1) gəlib.

***

Azərbaycan Premyer Liqasının dördüncü turu çərçivəsində “Kəpəz” “Şamaxı”nı qəbul edir.

TodayPress TV xəbər verir ki, qarşılaşma Gəncə şəhər stadionunda keçirilir.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər