İki cüdoçumuz Avropa çempionatının yarımfinalında - YENİLƏNDİ
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin iki üzvü yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/4 finalda moldovalı rəqibinə möhtəşəm ipponla qalib gələrək adını yarımfinala yazdırıb.
+100 kq çəkidə çıxış edən Ramazan Əhmədov isə 1/4 finalda Ukrayna təmsilçisi Yaroslav Omelçenkonu məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.
***
15:00
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.
TodayPress TV xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov turnirə inamlı başlayıb.
Cüdoçumuz ilk görüşündə fransalı David Yurkovskini qızıl xal bölümündə məğlub edib.
100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı isə 1/8 finalda mübarizəni dayandırıb. O, İspaniya təmsilçisi Nikita Yudanova məğlub olub.
90 kq çəkidə digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev də 1/8 finalda məğlubiyyətlə üzləşib. O, Türkiyə idmançısı Emir Selim Arıya uduzub.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.