6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib

6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib
12.08.2026 09:54 İdman

“Aston Villa”nın baş məşqçisi Unai Emeri UEFA Superkuboku uğrunda PSJ ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis qarşıdakı görüşün həm futbolçular, həm məşqçilər, həm də klub üçün böyük əhəmiyyət daşıdığını bildirib.

“Trofey bizə xüsusi an yaşada bilər. Peşəkarlar kimi məqsədimiz kuboklar uğrunda mübarizə aparmaqdır. Qalib gəlsək, əlbəttə ki, xoşbəxt olacağıq. Qalib gəlməsək, bundan razı qala bilmərik.

İndi bizi PSJ ilə oyun gözləyir və təbii ki, onlar favoritdir. Bununla belə, qarşılaşmanı səbirsizliklə gözləyirəm. Mövcud imkanlarımızı, komandanın hazırkı vəziyyətini və əlimizdə olan futbolçuları nəzərə alaraq onlara qarşı özümüzü necə göstərə biləcəyimizi görəcəyik.

Bu, həm məşqçilər və futbolçular kimi karyeramız, həm də bütün klub üçün çox vacib oyundur. Qarşıda kubok var. Bu, kim olduğumuzla və bura gəlmək üçün keçdiyimiz yolla fəxr etmək üçün fürsətdir. Buna görə də maksimum gücümüzü ortaya qoymaq üçün böyük motivasiyamız var.

Birmingemdən gələn 6 min azarkeş bizi dəstəkləyəcək. Bu da üzərimizə məsuliyyət qoyur – onlar üçün mübarizə aparmalıyıq”, – deyə Emeri bildirib.

Qeyd edək ki, PSJ – “Aston Villa” qarşılaşması bu gün, Zalsburqdakı “Red Bull Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər