26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək

26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək
14.08.2026 09:28 İdman

Polşalı tennisçi İqa Şvyöntek WTA-1000 seriyalı turnirlərdə daha bir rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, Şvyöntek bu kateqoriyaya daxil olan turnirlərin finallarında əvvəllər WTA-1000 yarışlarında çempion olmuş rəqiblər üzərində 9-cu qələbəsini qazanıb. 

Bununla da o, bu göstəricidə belaruslu Arina Sobolenkonu geridə qoyaraq rekordun yeganə sahibi olub. Sobolenkonun hesabında 8 belə qələbə var.

Məlumata görə, bu statistika WTA-1000 formatının tətbiq olunduğu 2009-cu ildən hesablanır.

Şvyöntek Toronto turnirinin finalında Qazaxıstanı təmsil edən Yelena Rıbakina ilə qarşılaşıb. Polşalı tennisçi rəqibinə 6:2, 6:3 hesabı ilə qalib gəlib.

Polşalı tennisçi İqa Şvyöntek Torontoda keçirilən turnirdə qazandığı qələbəni ədalətsiz tənqid və nifrətlə üzləşən insanlara həsr etdiyini bildirib:

“Bu titulu ədalətsiz tənqid və nifrətlə üzləşən hər kəsə həsr etmək istəyirəm. Sadəcə, irəliləməyə və inkişaf etməyə davam edin. Özünüzə fokuslanın. Sizin üçün nəyin daha yaxşı olduğunu bilirsiniz. Qarşıda sizi nələrin gözlədiyini və nələrə nail ola biləcəyinizi həmişə xatırlayın”.

Qeyd edək ki, bu titul Şvyöntekin karyerasında 26-cı olub. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər