Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi
15.09.2025 12:48 Hərbi

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

TodayPress TV xəbər verir ki, Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra hər iki qardaş ölkənin Baş Qərargah rəisləri Türk Şəhidliyinə gələrək abidə önünə əklillər qoyub, Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsini hörmətlə yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Türkiyəli qonaq protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının dostluq münasibətləri nəticəsində daha da inkişaf etdiyini qeyd edib. Türkiyənin hər zaman ölkəmizə dəstəyini yüksək qiymətləndirən nazir 15 sentyabr - Bakının daşnak-bolşevik işğalından azad edilməsi gününün xalqımız üçün tarixi əhəmiyyətinə toxunub.

Müdafiə naziri ordu generalı S.Bayraktaroğlunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ordu generalı S.Bayraktaroğlu öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət töhfələr verdiyini qeyd edib.

Səfər çərçivəsində hər iki ölkənin Baş Qərargah rəisləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunda tətbiq edilən yeniliklərdən danışan general-polkovnik K.Vəliyev ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Keçirilən görüşlərdə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

TodayPress TV

FOTOLAR

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 1
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 2
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 3
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 4
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 5
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 6
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 7
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 8
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi — 9
XƏBƏR LENTİ
03 IYUN 2026
Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 Bütün Xəbərlər