Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir!

Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir!
24.09.2025 17:22 Hərbi

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb.

Qırıcının ilk uçuşunun 2028-ci ilə planlaşdırıldığı bildirilir.

İlk prototipin istehsalına “Boeing”in mart ayında müsabiqədə qalib gəldiyini elan etməsindən cəmi bir neçə ay sonra başlanıb.

ABŞ Hərbi Hava Qüvvələri hər birinin qiyməti 300 milyon dollardan çox olan bu təyyarələrdən ən azı 185-ni almaq niyyətindədir.

Maraqlıdır, 6-cı nəsil hərbi təyyarənin ABŞ Silahlı Qüvvələri tərkibinə daxil edilməsi mövcud hərbi və siyasi gərginliklər fonunda qüvvələr balansını ABŞ üçün necə dəyişəcək? Eyni zamanda sözügedən qırıcıların hansı üstünlükləri var?

Silahlı qüvvələrin ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov bu sualları TodayPress TV üçün cavablandırıb.

O bildirib ki, “Boeing” şirkətinin ABŞ Hərbi Hava Qüvvələri üçün hazırladığı F-47 proqramı ilə bağlı açıq məlumatlar məhduddur və təyyarənin dizaynı, eləcə də taktiki-texniki göstəriciləri təhlükəsizlik səbəbilə məxfi saxlanılır. Buna görə də detallara çıxışın məhdud olması tam başa düşüləndir.

“Sirli F-47” 

“Rəsmi açıqlamalardan məlum olur ki, F-47 təxminən 1 852 km döyüş əməliyyatı məsafəsinə sahib olacaq. Bu, yeni nəsil qırıcıların – beşinci nəsildən altıncı nəslə keçidin əsas xüsusiyyətlərindən biri olaraq əməliyyat radiusunun artırılması tendensiyasını davam etdirir. Üstəlik, bəzi mənbələr bu artımın təxminən 25% səviyyəsində ola biləcəyini göstərir”. 

“Strateji üstünlüklərin qorunması” 

Ekspert əlavə edib ki, belə proqramların məxfiliyi pilotsuz uçuş aparatları, kosmik inteqrasiya və digər yüksək texnoloji sistemlərlə bağlı strateji üstünlüklərin qorunması üçün vacibdir:

“Ölkələr öz hava hücumundan müdafiə və kosmik qüvvələrini gücləndirmək üçün bu cür layihələrə investisiya qoyurlar. F-47 layihəsinin detal və dizaynının gizli saxlanması da məhz bu səbəbdəndir”.

“Amerika ordusuna yardım”

O,  vurğulayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi F-47-nin bir sıra taktiki üstünlüklərə malik olduğunu açıqlayıb və bu üstünlüklərin Amerika ordusuna gələcək əməliyyatlarda yardım edəcəyi gözlənilir: 

“Qeyd etmək lazımdır ki, rəsmi məlumatlar məhdud olduğundan texniki dəqiqliyi təsdiq edilmiş parametr sayına əsaslanmaq lazımdır. Buna baxmayaraq, ümumi strategiya aydındır: altıncı nəsil qırıcılar hava-kosmik əməkdaşlığı, uzun məsafəli döyüş imkanlarını və avtonom/insan köməkçi sistemlərin inteqrasiyasını gücləndirəcək”.

Polkovnik əlavə edib ki, hərbi ekspertlər və analitiklər rəsmi açıqlamalarla yanaşı, proqramın gələcək təqdimatlarına və texniki sənədlərinə diqqətlə baxmalı, dünyadakı oxşar inkişafları müqayisəli təhlil etməlidirlər. F-47 proqramı məxfi saxlanılsa da, onun strateji məqsədləri və mümkün əməliyyat qabiliyyətləri ABŞ-nin gələcək hava əməliyyatlarında əhəmiyyətli rol oynaya bilər.

Nicat Osman

TodayPress TV

FOTOLAR

Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir! — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Bütün Xəbərlər