"Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirildi

"Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirildi
15.10.2025 00:23 Hərbi

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər