"Birlik – 2025” birgə təlimi davam edir

"Birlik – 2025” birgə təlimi davam edir
20.10.2025 10:02 Hərbi

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

TodayPress TV

FOTOLAR

"Birlik – 2025” birgə təlimi davam edir — 1
"Birlik – 2025” birgə təlimi davam edir — 2
"Birlik – 2025” birgə təlimi davam edir — 3
"Birlik – 2025” birgə təlimi davam edir — 4
"Birlik – 2025” birgə təlimi davam edir — 5
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər