Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi
28.10.2025 17:29 Hərbi

Azərbaycan ilə Serbiyanın Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib.

NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüş əməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasına yönəldilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi — 1
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi — 2
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi — 3
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi — 4
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi — 5
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər